AZ

Bakı polisi hər yerdə bu qızı axtarır - FOTO

Bakı polisi hər yerdə bu qızı axtarır - FOTO

Bakıda gənc qız itkin düşüb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Lerik rayonunda anadan olmuş hazırda Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi sakini olan 26 yaşlı Muxtarova İlahə Teymur qızı iyunun 7-də saat təxminən 05:45-də yaşadığı Südçülük Savxozu ərazisindəki evindən çıxıb və indiyədək geri qayıtmayıb.

İ.Muxtarovanın əlamətləri bunlardır: Boyu 156 sm, arıq bədən quruluşlu, saçları qara, gözləri qəhvəyi rəngindədir. Üzünün sağ hissəsində kəsilmiş yara izi var.

Onun barəsində məlumatı olanlardan Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə, "102" Xidməti Zəng Mərkəzinə, 012-456-03-02 və 055-250-85-05 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
2
sonxeber.az

4Mənbələr