AZ

Putin Kremldə Hakan Fidanla görüşəcək

Vladimir Putin Rusiyada işgüar səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edəcək.

“AzPolitika” xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

O, ikilinin görüşü ilə bağlı detalları açıqlamayıb. Sözügedən görüşün axşam saatlarına baş tutacağı gözlənilir.

Qeyd edək ki, BRICS sammitində iştirak etmək üçün Rusiyaya gedən Hakan Fidan burada bir çox ölkənin rəsmiləri ilə təmasda olub.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
azpolitika.info

1Mənbələr