AZ

Venesuela 2024-cü ildə BRICS-ə qoşulmağı planlaşdırır

Venesuela bu il BRİCS-ə qoşulmağı planlaşdırır. "Yeni Azərbaycan" TASS - a istinadən xəbər verir ki, bunu respublikanın Xarici İşlər Nazirliyinin rəhbəri İvan Gil Pinto Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.

Gil Pinto  vurğulayıb ki, Karakas bütün BRİCS platformalarında təmsil olunmaq üçün çalışır. Xüsusilə, o, 2024-cü ildə Venesuelanın BRİCS-ə rəsmi daxil olacağına ümid etdiyini bildirib.

Məlumat üçün bildirək ki, Xarici İşlər Nazirləri Şurası bu il iyunun 10-11-də Rusiyanın quruma sədrliyi çərçivəsində keçirilir. Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Pavel Knyazev bildirib ki, BRİCS Xarici İşlər Nazirləri Şurasının Nijni Novqorod görüşündən sonra birgə bəyanat hazırlayacaq.


Havar Şəfiyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Mənbələr