AZ

Frenki De Yonqu millidə kimin əvəzləyəcəyi bəlli oldu

Almaniyada keçiriləcək Avropa çempionatında Niderland millisinin futbolçusu Frenki De Yonqu kimin əvəzləyəcəyi məlum olub.

Futbolinfo.az ESPN-ə istinadən xəbər verir ki, Almaniyanın “Borussiya” (Dortmund) klubundan Yan Matsen AÇ-2024-də iştirak edəcək.

İspaniyanın “Barselona” komandasından yığmaya cəlb edilən De Yonq zədə səbəbindən heyətdən çıxarılıb.

Niderland millisi AÇ-2024-də ilk oyununu iyunun 16-da Polşaya qarşı keçirəcək. İyunun 14-də başlayacaq turnir bir ay davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
2
futbolinfo.az

3Mənbələr