AZ

Rusiya və Türkiyə xarici işlər nazirlərinin görüşü olub

Rusiya

Moskva, 11 iyun, AZƏRTAC

Rusiyanın xarici işlər naziri Sergey Lavrov BRICS ölkələri xarici siyasət idarələri başçılarının iclası çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Məlumatda qeyd olunub ki, tərəflər Cənubi Qafqazda, Yaxın Şərqdə, həmçinin bəzi beynəlxalq platformalarda vəziyyəti müzakirə ediblər.

Nazirlər, həmçinin ikitərəfli siyasi dialoq məsələləri və iqtisadi-ticari əməkdaşlıq ətrafında fikir mübadiləsi aparıblar.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
4
azertag.az

5Mənbələr