AZ

“Prosesi gecikdirmək ən çox Ermənistanın zərərinə olacaq” - Oqtay Qasımov

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan iyunun 17-də parlamentin növbədənkənar iclasının çağırılması barədə göstəriş verib, iclasın gündəliyinə hökumətin istefası və yeni nazirlər kabinetinin formalaşdırılmasının zəruriliyi ilə bağlı layihəsi daxil ediləcək. Hakimiyyət dəyişikliyi olarsa bu Azərbaycanla mövcud münasibətə necə təsir edə bilər? Sülh müqaviləsi gecikəcə və yaxud tezləşə bilərmi?

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Ednews-a açıqlamasında bildirib ki, Ermənistan parlamentinin  sessiyaya çağırılması və qeyd olunan məsələlərin salınması Ermənistandakı siyasi vəziyyətlə bağlı ola bilər: 

oqtay-qasimov-5.jpg

“İclasda hökumətin istefası və yeni nazirlər kabinetinin formalaşması məsələsi müzakirə olunacaq. Əlbəttə ki, bu Paşinyanın qərarı ilə olacaq. Daha doğrusu mən Nazirlər Kabinetinin bıraxılmasını tam tərkibdə düşünmürəm.

Çünki bu, Prezidentin səlahiyyətinə aid olan məsələdir, amma nazirlərin dəyişdirilməsi baş nazirin səlahiyyətindədir. Əgər doğrudan da, Ermənistanda hakimiyyət zorakı yolla dəyişdirilərsə, bu, Azərbaycanla aparılan sülh danışıqlarına təsir edəcək və müsbət yolla yox. Hesab edirəm ki, mənfi təsir edəcək ki, bu da bölgədə gərginliyin qalmasına səbəb olacaq”.Siyasi şərhçi əlavə olaraq qeyd edib ki, Ermənistan əslində Azərbaycanın ilə sürdüyü tələbləri qəbul etməlidir və sülh müqaviləsi məhz bunun əsasında hazırlanmalıdır. Sadəcə olaraq bu tipli məsələlərlə prosesi gecikdirmək ən çox Ermənistanın zərərinə olacaq. 

Xəyal Ramiz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
ednews.net

1Mənbələr