AZ

Malavinin vitse-prezidenti təyyarə qəzasında həlak oldu


Malavinin vitse-prezidenti Saulos Çilima təyyarə qəzasında dünyasını dəyişib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Sun” qəzeti Malavi Prezidentinin administrasiyasına istinadla məlumat yayıb.
“Helikopter bu gün səhər Çikanqava meşəsində tapılıb. Təəssüf ki, qəza nəticəsində təyyarədə olanların hamısı həlak olub”, - qəzeti yazıb.
Qeyd edək ki, bir gün əvvəl vitse-prezident Saulos Çilimanı və daha 9 nəfəri daşıyan təyyarə Liloneqvedən havaya qalxdıqdan sonra radarlardan itib. Malavi Prezidenti Lazarus Çakvera itən təyyarənin axtarışı üçün göstəriş verib.
Təyyarə radarlardan itdikdən sonra rəsmilər onunla əlaqə yaratmağa bir neçə dəfə cəhd etsələr də, cəhdləri uğursuz alınıb. Hadisə ilə əlaqədar dövlət başçısı Baham adalarına planlaşdırılan səfərini ləğv edib.
Malavinin lideri Lazarus Çakvera ölkədə milli matəm elan edib. Qəzaya uğrayan təyyarədə Malavinin keçmiş birinci xanımı Şanil Muluzi də olub. O, 1994-2004-cü illərdə Malavinin ikinci prezidenti Bakili Muluzinin həyat yoldaşı olub.
Xatırladaq ki, Malavi Cənub-Şərqi Afrikada dənizə çıxışı olmayan bir ölkədir. Ölkə Tanzaniya, Zambiya və Mozambiklə həmsərhəddir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
yeniavaz.com

1Mənbələr