AZ

Azərbaycan millisi daha bir turnirə turnirə qatılacaq

Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisinin qatılacağı daha bir turnir bəlli olub.

Fanat.Az xəbər verir ki, yığma Qadın Seriyasının Friburq mərhələsində də iştirak edəcək.

Bu, komandamızın seriyada 3-cü sınağı olacaq. Qəbələ mərhələsində mübarizə aparmış millimiz bu həftə Klermon-Ferranda (Fransa) meydana çıxacaq.

İsveçrədəki mərhələdə İspaniya, Niderland, Almaniya, Polşa, ABŞ, Çexiya, İsrail, Rumıniya, İrlandiya yığmaları və Macarıstanın “Qyor” klubunun iştirakı da dəqiqləşib.

Qeyd edək ki, Friburq mərhələsi iyulun 4-5-də keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
fanat.az

1Mənbələr