AZ

Sürücü yüksək tempdə mahnı dinlədiyinə görə cəzalana bilər? 

Əksər sürücülər yollarda hərəkət edərkən musiqi dinləməyi xoşlayırlar. Lakin  çox vaxt sürücülər musiqiləri kifayət qədər yüksək səslə dinləyirlər ki, bu da digər vətəndaşların narahatlığına və eyni zamanda narazılığına səbəb olur. 

Bəs sürücü avtomobildə yüksək səslə musiqi dinlədiyinə görə cərimələnə bilər?

Mövzu ilə əlaqədar nəqliyyat eksperti Rövşən Həsənov “Operativ Media"ya açıqlamasında bildirib ki, İnzibati Xətalar Məcəlləsində avtomobildə yüksək tembrində musiqi dinləməyə görə heç bir cəza nəzərdə tutulmayıb:

"Bu mövzuda ətrafdakılara maneə yaratmamaqla bağlı yalnız tövsiyə xarakterli çağırışlar edilə bilər, amma qanunvericilikdə bu baxımdan heç nə yazılmayıb və buna görə də sürücüyə Dövlət Yol Polisi inspektoru tərəfindən heç bir cərimə tətbiq oluna bilməz".

Ekspert “Saat 00:00-dan 7:00-a qədər yüksək səslə musiqi dinləyib ətrafdakıları narahat etdikləri müəyyənləşdirildiyi hallarda İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən, 150-200 manat civarında cərimə tətbiq etmək olar” məsələsinə də aydınlıq gətirib:

“Burada söhbət mənzillərdə, yaşayış evlərinin girişlərində həyətlərində yüksək səslə musiqi dinlənilməsindən gedir. Yoxsa şəxs şəhərin mərkəzində yolla gedərkən avtomobilin içində ürəyi istəyən musiqiyə qulaq asa bilər və buna cərimə tətbiq oluna bilməz. Hərçənd bu, bir yandan yay vaxtı səs-küy salınmaması üçün yaxşıdır, amma digər tərəfdən sürücünün hüquqları tapdalanır, çünki  daşınan əmlak onun şəxsi mülküdür”.

Sevinc İbrahimzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
operativmedia.az

1Mənbələr