AZ

Əfran İsmayılov: “Mahir Emrelinin fikirləri ilə razıyam”

Azərbaycan yığması iyunun 7-də yoxlama oyununda Albaniyaya uduzdu - 1:3.

Rəqibin gücü hər nə qədər bəlli olsa da, azarkeşlər millimizin performansından narazı qalıb. Bəs bu dəfə daha yaxşı nəticə göstərməyə nə mane oldu?
Mövzuyla bağlı yığmanın sabiq oyunçusu Əfran İsmayılovun fikirlərini öyrəndik:
“Birinci hissə ilə ikinci fərqli oldu. İlk yarıda qorxaq oynadıq. Bir qədər maraqlı olsa da, sistemi başa düşə bilmədim. İkinci yarıda 4-lümüdafiəyə keçdik və bu da özünü büruzə verdi. Top bizdə qaldı, hücumlara qoşulduq, sonda qol vurduq. Açıq danışsaq, Albaniya daha keyfiyyətli komandadı. Amma nə olur-olsun, istədiyimiz futbolu oynasaydıq, ən azı heç-heçə edə bilərdik. Mahir Emrelinin fikirləri ilə razıyam. Bizim vaxtımızda elə futbolçular var idi ki, dubl edib gəlir və ya aylarla öz komandasında oynamırdı. Amma indiki heyətin üzvləri xaricdə iştirak edənlər və komandasının əsas oyunçusudu. Bu keyfiyyətləri meydanda göstərməlidilər, lakin bunu görmürük. Hər şeyə rəğmən, millinin uğurları üçün duaçıyıq. Hər futbolçu bacardıqca komandaya xeyir verməlidi. Qazaxıstan da son illər inkişaf edən komandadı. Başabaş oyun gedəcək. Öz keyfiyyətlərimizi, futbolçular bacarıqlarını ortaya qoya bilsə, qələbə qazanarıq. Yığmada baş məşqçinin olmaması, futbolçuların bəzilərinin tətildən gəlməsi, çoxunun formada olmaması Albaniya ilə oyunda olduğu kimi, Qazaxıstanla matça da təsir edəcək”.


RÖYANƏ OĞUZ
Seçilən
159
football-plus.az

1Mənbələr