AZ

Ermənilər parlamentin qarşısını çayxanaya çevirdilər - VİDEO

Ermənistanda vəziyyət gərgin olaraq qalır. Son günlər erməni keşiş Baqrat Srbazanın rəhbərlik etdiyi "Vətən uğrunda Tavuş" hərəkatı ölkədə ardıcıl mitinqlər keçirir, polislərlə radikallar arasında toqquşmalar baş verir.

Artıq üç gündür ki, etirazçılar parlament binasına yaxın çadırlar qurub, burada gecələyirlər. Yerli media artıq ərazidə çayxana, kabab və digər yeməklər hazırlamaq üçün şəraitin yaradıldığını yazıb. 

"Prospektin Baqramyan-Dəmirçyan kəsişməsi bağlı qalıb. İrəvan əhalisi, etirazçılar qurduqları çadırların yanında söhbət edir, siyasi məsələləri müzakirəyə çıxarırlar. Oturaq aksiya keçirənlər üçün onlarla oturacaq stol, qida ləavazimatları da gətirilib", - "Mamul" nəşri yazıb.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Delimitasiyanın reallaşmasından sonra ölkədə revanşistlər baş qaldırıblar. Onlar sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar. Tavuş bölgəsinin arxiyepiskopu Baqrat Srbazan yaranmış fürsətdən istifadə edərək “Vətən uğrunda Tavuş” hərəkatı yaradıb, radikalların mitinqlərinə rəhbərlik edir. Baqrat bir qədər də irəli gedərək baş nazirin istefasını tələb edir.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
1
news365.az

2Mənbələr