AZ

Zelenski Almaniya prezidenti ilə görüşdü

Almaniyada Federal Prezident Frank-Valter Ştaynmayer və Ukrayna lideri Volodimir Zelenski arasında görüş keçirilib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti öz "Telegram" kanalında məlumat verib.

“Biz Ukraynanın təhlükəsizlik vəziyyətini  və Rusiyanın Ukrayna enerjisinə hücumları və bütün cəbhə boyu aktiv döyüşlər fonunda mövcud ehtiyaclarımızı müzakirə etdik”, - deyə Zelenski yazıb.

O, həmçinin bildirib ki , Kiyevin İsveçrədə keçirilən “sülh sammiti”nin nəticələrindən gözləntiləri barədə danışıblar. Bundan əlavə, onlar Ukrayna və Almaniya şəhərləri və icmaları arasında tərəfdaşlıq münasibətlərini müzakirə ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
50
unikal.az

10Mənbələr