Romanın Via Condotti küçəsindəki “Bulgari” mağazası gecə yarısı qarət edilib.

İndex.az xəbər verir ki, üç maskalı oğru döşəməyə qazdıqları tuneldən mağazaya daxil olub.

Təhlükəsizlik kameralarına düşən oğrular həyəcan siqnalını işə salsalar da, polis gələnə qədər mağazanın yan qapısını bağlayaraq təhlükəsizliklərini təmin ediblər.

Bu zaman həyəcan siqnalı ilə polisə müraciət edən özəl mühafizə şirkətinə xəbərdarlıq edilib.

Oğrular döşəməni sındıraraq 500 min avro dəyərində qızıl-zinət əşyalarını oğurlayıblar. 11 dəqiqə davam edən oğurluq zamanı cinayətkarlar şəhərin kanalizasiya şəbəkəsinə daxil olaraq aradan çıxıblar.