AZ

Türkiyədə olan rusiyalı oliqarx Alla Puqaçovanı gecəyə dəvət və 100 milyon dollar qonorar vəd edib

 
"Əvvəllər Alla Puqaçovanın nümayəndələri özəl çıxışlar, xüsusilə də rusiyalı biznesmenlər üçün hətta eşitmək belə istəməyibsə, indi buna daha loyal yanaşır..."
 
Alla Puqaçova artıq üçüncü ildir ki, ailəsi ilə birgə mühacirətdə yaşayır. Sentyabr-may aylarını artist İsraildə keçirir, orada kiçik övladları Harri və Liza məktəbə gedir, yayda istidən xilas olmaq üçün Baltikyanıya gedir.
 
Moderator.az xəbər verir ki, bu barədə "7 days.ru" nəşri yazıb.
 
Hərbi münaqişə səbəbindən Primadonna müvəqqəti olaraq Kiprə köçüb, orada onun daşınmaz əmlakı var, lakin iyul və avqust aylarını Yurmalada keçirmək vərdişindən əl çəkməyib və hazırda oraya yollanır.
 
Bu zaman artist Latviyanı çətin ki, tərk etsin, lakin indi aydın olub ki, o, yenidən çıxış etməyə hazırdır. Söhbət böyük konsertlərdən deyil, sanballı qonorar müqabilində korporativlərdən gedir.
 
Bu barədə jurnalist Soryan Puqaçovanın direktoru Aleksandr Zaporojetsə zəng vurandan sonra bəlli olub. 
 
Əgər əvvəllər Alla Puqaçovanın nümayəndələri özəl çıxışlar, üstəlik də rusiyalı biznesmenlər üçün hətta eşitmək belə istəməyibsə, indi buna daha loyal yanaşır.
 
Soryan özünü hansısa investor üçün gecənin təşkilatçısı kimi təqdim edib və Puqaçovaya bayramda çıxış etməyi təklif edib.
 
O, dəqiqləşdirib ki, tədbir Türkiyədə keçiriləcək və artistin Rusiyaya getməsi lazım olmayacaq və 100 milyon dollarlıq səxavətli qonorar təklif edib.
 
O, həmçinin xatırladıb ki, korporativə Alla Borisovnanın rəfiqəsi Layma Vaykule də dəvət ediləcək.
 
"Mən Sizə mütləq məktub göndərəcəyəm. Mən sifarişçiyə cavab verməliyəm. Çünki artistlərin siyahısını tərtib edirəm. Vaykuleyə də zəng etmək istəyirik...
 
Bu, Rusiyaya yaxın olan Türkiyədə olacaq. Puqaçova üçün 100 milyon dollar normal məbləğdirmi?" - Soryan bəyan edib.
 
Puqaçovanın direktoru həmsöhbətini diqqətlə dinləyib və bununla bağlı müğənni ilə danışmağı vəd edib. Müğənni beş yeni mahnısını buraxdıqdan sonra tamaşaçılar qarşısına çıxmağa hazırdır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
2
moderator.az

3Mənbələr