AZ

Hani Süleyman: “Misir Azərbaycanla güclü əlaqələr qurmaqda maraqlıdır” - ÖZƏL

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Misirə rəsmi səfər edib və Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb. Görüş zamanı bir çox regional məsələləri müzakirə edilib. Bəs prezident İlham Əliyevin Misirə səfərinin əhəmiyyəti nədir? Bu səfər iki ölkə münasibətlərinə necə təsir edəcək?

Məsələ ilə bağlı Ərəb Araşdırmalar və Tədqiqatlar Mərkəzinin direktoru Hani Süleyman Ednews -a özəl açıqlama verib:

“Hesab edirəm ki, Prezident İlham Əliyevin Misirə səfəri müxtəlif səviyyələrdə mühüm səfərdir. Çünki bu, Misir-Azərbaycan əlaqələrinin gücünü əks etdirir. Misir son illərdə Türkiyə ilə əlaqələrin bərpası və bir çox ilə əlaqələrin bərpası fonunda bölgənin aparıcı ölkədən biri olub”.

Ekspert həmçinin Misirin Azərbaycanla güclü əlaqələr qurmaqda maraqlı olduğunu vurğulayıb:“Misir bir çox ölkələrlə əlaqələrini və birgə koordinasiyasını gücləndirməkdə maraqlıdır. Azərbaycanın strateji bir yerdə olması onu siyasi və geosiyasi səviyyədə nüfuza malik ölkəyə çevirir. Buna görə də Misir Azərbaycanla güclü əlaqələr qurmaqda maraqlıdır”.

Loğman Yunis

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
ednews.net

1Mənbələr