AZ

“BSC” MMC “Biznesdə Sən” forumunda iştirak etdi

“BSC” MMC-nin təsisçisi İkram Mütəllimov 25 may 2024-cü il, Badamdar Estates-də baş tutan “Biznesdə sən” forumunda “Biznes fəaliyyətində qohum və dosta “etibar” etmək, yoxsa..” mövzusu ilə çıxış etdi.

İkram Mütəllimov öz uğur hekayələrini və bir çox məsləhətlərini, təcrübələrini iştirakçılarla bölüşərək, biznes fəaliyyətində qohum və dost anlayışını izah etdi, bu seçimlər qarşısında biznes fəaliyyətini balansda saxlamağın yollarından danışdı.

Biznes dünyasının ən uğurlu şəxslərini, gənc biznesmenləri, 0-dan öz biznesini quran hər kəsin bir araya gəldiyi forumda, gəncləri və sahibkarları maraqlandıran önəmli məsələlərə toxunuldu.

BSC Consulting 30 ilə yaxındır ki, peşəkar komandası ilə birgə bilik və xidmətlərini müştərilərinə təqdim edir. Maliyyə və mühasibatlıq, hüquq və insan resursları xidmətləri ilə bu günə qədər 100-lərlə şirkətin uğurlarında töhfəsi olmuşdur. 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
fins.az

1Mənbələr