AZ

Rusiya BRİKS ölkələrinə yeni ödəniş üsulu təklif edib

Rusiya BRİKS üzvü olan ölkələri və bu alyansın tərəfdaşlarını BRİKS Körpüsü hesablaşma platformasında transsərhəd ödənişlər aparmağa dəvət edib.

Bakıvaxtı.az "Vedomosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın maliyyə naziri Anton Siluanov açıqlama verib.

O, qeyd edib ki, bu mexanizm dövlətlərin milli valyutalarının dəyərinə bağlı ola bilən tokenlərə bənzər rəqəmsal maliyyə aktivlərinin (DFA) istifadəsini nəzərdə tutur. 

"Söhbət hesablaşma prosedurlarını sadələşdirəcək və təkmilləşdirəcək müasir texnoloji həllərin tətbiqindən gedir. Əgər bu tətbiq həyata keçirilərsə, o zaman platforma iştirakçıları bir-birlərinə dərhal ödəniş etmək imkanı əldə edəcəklər və ödənişlərin həyata keçirilməsi xərcləri minimal olacaq". - deyə nazir vurğulayıb.

Gülşən Şərif


 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
bakivaxti.az

1Mənbələr