AZ

İspaniya futbolunda irqçiliyə görə ilk həbs cəzası verildi

İspaniya futbolunda qaradərili oyunçuya qarşı irqçi təhqirlərə yol verən şəxslərə ilk dəfə olaraq həbs cəzası veriib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, “Valensiya”nın üç azarkeşi “Real Madrid”in futbolçusu Vinisius Juniorun ünvanına irqçi ifadələr səsləndirdiklərinə görə cəzalandırılıbla.

Bildirilir ki, 21 may 2023-cü ildə İspaniya La Liqasında oynanılan “Valensiya” – “Real Madrid” matçında tribunadan Vinisiusa qarşı edilən irqçi təhqirlərlə bağlı iş üzrə məhkəmə qərarı açıqlanıb.

Məhkəmə braziliyalı futbolçunu irqi zəmində təhqir etdiyi üçün mühakimə olunan 3 müttəhimin hər birinə 8 ay həbs cəzası verib, onlara 2 il stadiona giriş qadağası qoyub və məhkəmə işinin xərclərinin onlar tərəfindən ödənilməsinə dair qərar çıxarıb.

Bu, LaLiga qurumunun şikayəti nəticəsində İspaniyada irqçiliyə görə verilən ilk həbs cəzası kimi qeydə alınıb.

Məhkəmə iclası zamanı yaşları 18 ilə 21 arasında olan müttəhimlər Vinisiusdan və “Real Madrid” camiəsindən üzr istəyib və hərəkətlərinin yanlış olduğunu bildiriblər.

İspaniyanın 1-ci və 2-ci futbol liqalarının bağlı olduğu La Liga qurumunun prezidenti Xavyer Tebas məhkəmə qərarından sonra deyib: "Bu qərar İspaniyada irqçiliklə mübarizə üçün əla xəbərdir. Bu, açıq mesaj verir ki, irqçilər barəsində şikayət olunacaq və cinayət işi açılacaq”.

Musavat.com

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
musavat.com

1Mənbələr