AZ

Malavi vitse-prezidenti Çilimanı daşıyan hərbi təyyarə yoxa çıxıb


7NEWS.az xəbər verir ki, Malavinin vitse-prezidenti Saulos Çilimanı daşıyan hərbi təyyarə yoxa çıxıb. Malavi Rəyasət Heyətindən verilən açıqlamada, "Aviasiya səlahiyyətlilərinin təyyarə radarlardan itdikdən sonra onunla əlaqə qurmaq cəhdləri indiyə qədər nəticəsiz qalıb." Təyyarədə Çilima ilə birlikdə daha 9 nəfərin olduğu və təyyarənin yerli vaxtla saat 09.17-də paytaxt Lilonqvedən havaya qalxdığı bildirilib. Təyyarənin axtarış-xilasetmə işləri davam edir.

7NEWS.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
7news.az

1Mənbələr