AZ

Peskov: "Putin etibarlı təyyarə və helikopterlərdə uçur"

"Rusiya prezidenti xüsusi texniki xidmətdən keçən etibarlı təyyarələrdən istifadə edir". 

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu prezident Putinin təyyarələrinin təhlükəsiz olub-olmaması sualını cavablandıran Kremlin sözçüsü Dmitri Peskov deyib.

O, Rusiya prezidentinin yerli təyyarələrdən istifadə etdiyini, bu təyyarələrə texniki və texnoloji baxımdan xüsusi qulluğun göstərildiyini bildirib:

"Əslində Rusiyada ölkə vətəndaşlarını daşıyan istənilən texnikaya da lazımi səviyyədə qulluq edilir. Bununla bağlı standartlar var və bu standartlara çox ciddi şəkildə əməl olunur".

Gülşən Şərif
 

Seçilən
128
bakivaxti.az

1Mənbələr