AZ

"Bu il müştərilərmizin xarici bazarda dövriyyələrinin 5 milyarda yüksələcəyini gözləyirik"

"Bizim xidmət göstərdiyimiz hüquqi və fərdi investorların beynəlxalq bazarda cəmi dövriyyələri 2023-cü ildə 3 milyard 50 milyon manata yaxın olub".

Marja.az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin İdarə Heyətinin sədri Ceyhun Hacıyev bildirib.

Hacıyev əlavə edib ki, artıq 2024-cü ilin ilk rübündə bu dövriyyə artıq 780 milyon manata yaxındır: "Biz düşünürük ki, dövriyyə ilin sonunadək 5 milyard manatadək yüksələcək".

Şirkətin sədri, "Bizim vasitəmizlə marja ticarəti istifadə edən müştərilər 2023-cü ildə 1 milyon 156 min manat qazanc əldə edblər", məlumatını da jurnalistlərə açıqlayıb.

Ceyhun Hacıyev qeyd edib ki, hazırda "PAŞA Kapital"ın marja ticarəti üzrə müştərilərinin sayı 400-ü aktiv olmaqla cəmi 1500-dür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
marja.az

1Mənbələr