AZ

"Qarabağ"ın yeni aldığı qapıçıKİMDİR

"Qarabağ"ın heyətinə qatdığı qapıçı Fabiyan Buntiç peşəkar karyerasında ilk matçına 2018-ci ildə çıxıb.

Xezerxeber.az-ın məlumatına görə, hazırda 27 yaşı olan qolkiper həmin vaxt "İnqolştadt" klubunun heyətində Almaniya II Bundesliqasında "Hamburq"a uduzduqları (1:2) matçda debüt edib.

1997-ci ildə Almaniyada dünyaya gələn Xorvatiya əsilli oyunçu 2013-cü ildə "Ştuttqart"ın U-19 kollektivinə cəlb olunub. O, 2015/2016 mövsümündə bu klubun III Bundesliqada çıxış edən ikinci komandasında yer alsa da, rəsmi matçda meydana çıxmayıb. Buntiç məhz bundan sonra "İnqolştadt"a keçib və 2016/2017 mövsümündə əvəzedici komanda ilə Regional Liqada 25 qarşılaşmanın iştirakçısı olub. "Çərçivə qoruyucusu" həmin vaxt Bundesliqada əsas komandanın da heyətinə cəlb olunub. O, 2016-cı ildə "Herta"ya uduzduqları matçı ehtiyat oyunçular skamyasından izləyib.

Oyunçu 2022-ci ilədək Almaniyada Regional Liqa, II Bundesliqa və III Bundesliqada mübarizə aparıb. Onun karyerasında bir rəsmi qolu da var. Buntiç 2021-ci il fevralın 6-da III Bundesliqada "Viktoriya" (Köln) ilə matçın 90+3-cü dəqiqəsində fərqlənib. Bir dəqiqə sonra isə onun komanda yoldaşı Ginola Elva qələbə qolunu vurub - 2:1.

Futbolçu 2022-ci ilin yayında Portuqaliyanın "Vizela" klubuna keçib və ilk mövsümdə 33 matçda ilk "11-lik"də yer alıb. Qolkiper başa çatan mövsümdə 28 qarşılaşmada start heyətində meydana çıxıb. Komanda mövsümü 26 xalla 17-ci sırada bitirib və aşağı liqaya düşüb.

Qapıçı Xorvatiyanın U-18 millisində 7, U-19 yığmasında 6 görüşdə "çərçivə"ni qoruyub.

Qeyd edək ki, ötən gün Fabiyan Buntiçin keçidini açıqlayan "Qarabağ" onunla 3 illik müqavilə imzalayıb. (report)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
xezerxeber.az

1Mənbələr