AZ

Lavrovla Türkiyə XİN rəhbərinin BRİKS toplantısında nələri müzakirə etdiyi bəlli olub

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Hakan Fidan Nijni Novqorodda keçirilən BRİKS xarici işlər nazirlərinin görüşü çərçivəsində Yaxın Şərq, Ukrayna və Zaqafqaziyadakı vəziyyəti müzakirə ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda görüşdə “beynəlxalq gündəliyin əsas məsələlərinə” toxunulduğu vurğulanıb.

“Sergey Viktoroviç Lavrov türkiyəli həmkarına Rusiyanın BRİKS-ə sədrliyinin prioritetləri barədə məlumat verib.

Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb ki, Rusiya Federasiyası Ukrayna münaqişəsi ətrafındakı vəziyyətlə bağlı əsas qiymətləndirmələrini açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
operativmm.az

1Mənbələr