AZ

Köpək balığı 3 nəfəri şikəst etdi

ABŞ-da Florida ştatında köpək balıqları bir qadını və iki yeniyetməni şikəst edib.

Oxu24.com xəbər verir ki, iyunun 8-də "Walton County" sahillərində iki köpəkbalığı hücumu baş verib.

Əvvəlcə yırtıcı balıq 45 yaşlı Elizabet Foliyə hücum edib. O, qolundan ağır zədə alıb. Xəstəxanada həkimlər qadının qolunu amputasiya etmək qərarına gəliblər.

Saat yarımdan sonra məktəbli qızlar Lulu Qribbin və Makkrey Faust Uoltona yerindən 6 kilometr yarım uzaqlıqdakı çimərlikdə köpəkbalığı hücum edib. Faust yüngül xəsarət alıb, Qribbin isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Köpəkbalığı onun əlini dişləyərək ayağını ciddi şəkildə yaralayıb. Nəticədə qızın əzası dizdən aşağı amputasiya edilməli olub.

Mənbə: BBC.com

Yeganə

Seçilən
125
2
oxu24.com

3Mənbələr