AZ

Peskov: “Makron Fransadan dəstəyini itirib”

"Fransa prezidenti Emmanuel Makronun partiyası fransızlar arasında mövqeyini və dəstəyini sürətlə itirir, bunu Avropa Parlamentinə (AP) seçkilərin nəticələri də sübut edir".

Oxu24.com xəbər verir ki, bunu Rusiyanın mətbuat katibi Dmitri Peskov deyib.

Eyni zamanda, Peskov Makronun mümkün istefası barədə danışmaq üçün hələ tez olduğunu vurğulayıb. Onun sözlərinə görə, iyunun 30-da və iyulun 7-də iki turda keçiriləcək növbədənkənar parlament seçkilərinin nəticələrini gözləmək lazımdır.

Qeyd edək ki, “Europe1” radiostansiyası etibarlı mənbələrə istinadən məlumat vermişdi ki, Fransa prezidenti Emmanuel Makron sağçı qüvvələrin qalib gəldiyi Avropa Parlamentinə keçirilən seçkilərin nəticələrinə görə, istefaya getmək imkanını nəzərdən keçirir. Beləliklə, o, milli parlamentə növbədənkənar seçkiləri “dramatikləşdirə” bilər.

Mənbə: TASS.ru

Yeganə

Həmçinin oxuyun: //oxu24.com/az/dunya/111629/makron-istefa-vermeyi-dusunur/

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
1
oxu24.com

2Mənbələr