AZ

Rusiya Krımı itirə bilər -SƏBƏB

Rusiya ordusunun Krım yarımadasındakı hərbi-strateji mövqeyi zəifləyib.

Ednews  The telegraph-a istinadən xəbər verir ki, Rusiya ordusunun Krımdakı məğlubiyyətləri davam edir. Rusiya prezidentinin "məğlubedilməz" adlandırdığı hərbi dəniz donanması batırılıb. Bundan başqa, Ukraynanın əks-hücum məqsədi ilə göndərdiyi dronlara qarşı müdafiədə uğursuz olan Rusiya ordusu regionda yeni profilaktik hazırlıqlar aparmağı planlaşdırır.

Məlumat üçün qeyd edək ki, Rusiya ordusu Krımı 2014-cü ildə işğal edib.

Xəbərə görə Rusiya bu regionu əsasən özünün hərbi təyyarələrini saxlamaq və buradan şimala hücum əməliyyatları həyata keçirtmək üçün istifadə edirdi. Lakin, Ukrayna ordusu özünün ucuz və tək istifadəlik hərbi dronları ilə Rusiyanın bahalı hərbi təyyarələrini zərərsizləşdirə bilir.

Bu vəziyyət Rusiya ordusu üçün qarşısıalınmaz problemlər yaradır.

Fərid

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
ednews.net

1Mənbələr