AZ

Avropada gec partlayan mina artıq işə düşüb- ÖZƏL

"Avropa Birliyində keçirilən son seçkilər yalnız müsəlmanlara qarşı deyil, ümumiyyətlə digər kateqoriyadan olan insanlara qarşı da çox ciddi təhlükədir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib:

"İslamafobiya Avropa Birliyi məkanında həmişə güclü xarakter  olub. İndi ultra-millətçi qüvvələrin Avropa siyasət məkanını işğal etməsi o anlama gəlir ki, Avropa məkanında bundan sonra yalnız dini amillər deyil, eyni zamanda etnik amillər üzərindən də qarşıdurmalar arta bilər. İnsanları etnik mənsubiyyətinə görə təqib edə bilərlər. Ümumiyyətlə Avropa məkanının irqçiliklə yüklənməsi çox təhlükəli bir tendensiyadır. Avropada proqmatik siyasi dairələr onu anlayırlar ki, Avropada irqçiliyin inkişafı, ön plana keçməsi, hegemon mövqe qazanması yalnız digər ikinci, üçüncü dünya ölkələrindən gələn insanlar üçün deyil, eyni zamanda Avropa ölkələrinin özləri üçün də ciddi təhlükədir. Çünki Avropada bir çox millətlərin nümayəndələri yaşayır. Bu ölkələrin daxilində etnik zəmində qarşıdurmaların baş vermə ehtimalı kifayət qədər yüksəkdir. Belə anlaşılır ki, Avropada gec partlayan mina artıq işə düşüb. Böyük ehtimalla yaxın gələcəkdə Avropa Birliyi məkanı ultra-millətçi siyasi qüvvələrin hegemonluq qazanmasının real nəticələrini görməyə başlayacaq. Bu, Avropa məkanı üçün heç də yaxşı gələcək vəd etmir və Avropa Birliyi məkanında milli, etnik, dini zəmində çox ciddi toqquşmalar və iğtişaşlar, insanlar arasında qarşıdurmalar, cəmiyyətlərin parçalanması, sivilizasiyalar arası mübarizə, xaosun diktaturasına istiqamət ala biləcək nəticələr vəd edən prosesdir. Belə anlaşılır ki, artıq bunun qarşısını almaq mümkün deyil, çünki Avropa məkanında ultra-millətçi qüvvələr hegemon mövqeyə sahiblənmək üzrədirlər".

Qiymət Mahir,

 Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
olaylar.az

1Mənbələr