AZ

Ermənistan Türkiyə ilə quru sərhəddin açılmasına ümid edir

Ermənistan hökuməti Türkiyə ilə quru sərhədlərin açılmasına ümid edir. Bunu ölkənin Milli Assambleyasının sədri Ruben Rubinyan jurnalistlərə açıqlamasında bildirib.


"2022-ci il razılaşmasına görə, Ermənistan-Türkiyə quru sərhədi üçüncü ölkə vətəndaşları üçün açılmalıdır. Bizim tərəfimizdən bütün infrastruktur işləri başa çatdırılıb, keçid məntəqəsi istismara hazırdır. Biz Türkiyə tərəfdən bu razılaşmanın həyata keçirilməsi istiqamətində heç bir addım görmədik. Amma ümid edirik ki, onlar yerinə yetiriləcək ”-, o söyləyib.


Türkiyə-Ermənistan srhədlərinin açılmasınn mümkünlüyünü Türkiyə prezidenti Ərdoğan 2020-ci il noyabrın 9-da Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs razılaşmasından  sonra bildirib. 


1991-ci ildə Ermənistan Sovet İttifaqından ayrılaraq müstəqilliyini elan edəndə onu tanıyan ilk ölkə Türkiyə olub. Lakin il sonra Türkiyə Ermənistanla sərhədini bağlayıb.  Buna səbəb Ermənistanın Azərbaycanın ərazisi olan Dağlıq Qarabağı işğal etməsi olub. 

2023-cü il yalvarın 6-da Türkiyə ilə Ermənistan arasında yüklərin birbaşa hava daşınmasına qoyulan qadağa aradan götürülüb. Bildirilib ki, bu iki ölkənin xüsusi nümayəndələrinin səyləri nəticəsində əldə olunan razılaşmadır. 

Ermənistan mətbuatı yazır ki, hazırda üçüncü ölkə vətəndaşlarının quru sərhədini keçmək imkanlarını nəzərdə tutan başqa bir razılaşmanın da ən qısa zamanda həyata keçiriləcəyi gözlənilir.
 
Gülnar Nazimqızı

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
anews.az

1Mənbələr