AZ

Özümüz zəifik deyə hər kəs gözümüzə güclü görünür...

17 və 19 yaşadək qadın futbolçulardan ibarət yığmalarımızın Avropa çempionatının 2024/25 mövsümünün 1-ci mərhələsindəki rəqibləri müəyyənləşib.

U-17 B liqasının 5-ci qrupunda Serbiya və Lüksemburqa rəqib olub. B liqasında yer alan U-19 millimiz isə İsveçrə, Estoniya və Cənubi Kipr yığmaları ilə 5-ci qrupda mübarizə aparacaq. İyuldan dekabrın əvvəlinədək keçiriləcək oyunlardan sonra qrup qalibləri və ən yaxşı ikinci yerin sahibləri A liqasına vəsiqə əldə edəcək. "Futbol+" püşkatma haqda fikirlərini öyrənmək üçün hər iki millinin baş məşqçisi ilə əlaqə saxlayıb.
Nərgiz Qurbanova (U-17):
“Bildiyiniz kimi, Serbiya və Lüksemburq milliləri ilə qarşılaşacağıq. Püşkatma yaxınlarda olub deyə hələ ki rəqiblərimizin oyununu təhlil etməmişik. Amma ümümi nəzər yetirəndə bilirik ki, ən çətin oyunumuz Serbiyaya qarşı olacaq. Digər illərə nəzər salası olsaq, statistik nəticələrə görə bizim üçün Serbiya millisi daha güclü rəqibdi. Çünki çox vaxt A liqasında yer alır. A liqasından B liqasına düşən komandalar isə daha üstün olur. Digər rəqibimiz Lüksemburq isə bizə ötən ildən tanış komandadı. Ötən il qarşılaşmışıq və təəssüf ki, 0:1 hesabıyla məğlub olmuşduq . Əlbəttə, builki nəticəni öz xeyrimizə dəyişməyi istəyirik. Komandanın qarşıdan gələn oyunlara tam hazır olması üçün indidən işə başlamışıq. AFFA-nın Qadın Futbolu Departamentinin bizə böyük dəstəyi ilə elit məşqlərə oyunçuları cəlb etmişik. Rayondan qızları akademiyamıza dəvət edib, yeni, istedadlı oyunçuları komandamıza cəlb etməyə başlamışıq. Sonrakı mərhələdə isə təlim-məşq toplanışı keçirəcəyik. Digər milli komandalarla danışıqlar aparırıq ki, yoldaşlıq oyunu keçirək. Məqsədimiz önümüzdəki AÇ-də ölkəmizi layiqincə təmsil etməkdi".

Həbib Ağayev (U-19):
Özümüz

"Güclü rəqiblərlə qarşılaşacağıq. Bilindiyi kimi, İsveçrə daha öncə A liqasında çıxış edirdi. Kipr ev sahibidi. Estoniya da heç də zəif komanda deyil. Bizi qarşıda çətin oyunlar gözləyir. Rəqibləri təhlil etmişik və yenə də edəcəyik. Oyunlar asan olmasa da, çalışacağıq ki, bacardığımız qədər maksimum nəticə əldə edək".


GÜNAY SÜLEYMANOVA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
football-plus.az

1Mənbələr