AZ

Ülvi Mehdiyev: Mobil tətbiqdən yararlanan vətəndaşlarımız “ASAN xidmət”dən növbəsiz istifadə edə bilir

Ülvi

Bakı, 11 iyun, AZƏRTAC

“ASAN xidmət”də vətəndaş sıxlığının qarşısını almaq üçün bir çox həllər mövcuddur. Mobil tətbiq vasitəsilə qabaqcadan növbə götürən vətəndaşlarımız “ASAN xidmət” mərkəzlərində heç bir sıxlıq olmadan istifadə edə bilir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Ü.Mehdiyev Bakıda yeddi “ASAN xidmət” mərkəzinin fəaliyyət göstərdiyini bildirib. O qeyd edib ki, bu mərkəzlər növbələrdə vətəndaş sıxlığının qarşısını tamamilə alır.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
azertag.az

1Mənbələr