AZ

Xırdalandakı bu binalar təmir olunacaq

Abşeron rayonunun Xırdalan şəhərində mənzil fonduna aid binalar təmir olunacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Abşeron Rayon İcra Hakimiyyəti (RİH) müvafiq işlərə başlayıb.

Qeyd edilib ki, təmir işləri ilə bağlı layihə smeta sənədləri hazırlanacaq. RİH layihə smeta sənədlərinin hazırlanması işlərini "Osmanlı İnşaat" şirkətinə həvalə edib.

Məlumata görə, təmir işləri şəhərin 28-ci məhəlləsində beşmərtəbəli, altı bloklu 18 nömrəli və beşmərtəbəli, səkkiz bloklu 6 nömrəli binaları əhatə edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
4
iqtisadiyyat.az

6Mənbələr