AZ

Vitse-prezident təyyarə qəzasında həlak oldu

Malavi vitse-prezidenti Saulos Çilimanın və onu müşayiət edən 9 nəfərin olduğu qəzaya uğramış təyyarənin qalıqlarını tapıblar. Vətəninfo.az xəbər verir ki, bu barədə “The Sun” qəzeti yazır.

Çilimanın və təyyarədə olan 9 nəfərin öldüyünü Malavi prezidentinin ofisi təsdiqləyib.

Təyyarə iyunun 10-da səhər saatlarında paytaxt Lilonqvedən havaya qalxıb və təyinat yerinə 45 dəqiqəyə çatmalı idi. Havaya qalxdıqdan az sonra təyyarə radarlardan itib.

Hadisə ilə bağlı xəbərdən sonra ölkə prezidenti Lazarus Çakvera Baham adalarına planlaşdırılan səfərini ləğv edib.

Malavidə matəm elan edilib.

Çiliman ilk dəfə 2014-cü ildə Malavinin vitse-prezidenti vəzifəsini icra edib.  2020-ci ilin mayında  o, ikinci dəfə and içib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
veteninfo.az

1Mənbələr