AZ

MLS açıqladı: Messi birincidir

MLS 2024-cü ildə formaları ən çox satılan futbolçuların siyahısını açıqlayıb.

Publika.az xəbər verir ki, siyahıya "İnter Mayami"nin hücumçusu Lionel Messi başçılıq edir. Argentinalının komanda yoldaşı Luis Suares ikinci, "Sinsinati"dən olan Lusiano Akosta isə üçüncüdür.

"Onluğ"a bu futbolçular daxildir: Kuço Hernandez (Kolumbus Kryu), Riki Puiq (Los Anceles Qalaksi), Pedro de la Veqa və Cordan Morris (hər ikisi "Seattl Sanders"), Hani Muxtar (Neşvil), Georgios Yakumakis (Atlanta Yunayted) və Emil Forsberq (Nyu York Red Bulls).

Seçilən
116
publika.az

1Mənbələr