AZ

“Zəvvarların və Həcc ziyarətinin təhlükəsizliyi qırmızı xəttimizdir” (FOTO)

Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının daxili işlər naziri və Ali Həcc Komitəsinin sədri Şahzadə Əbdüləziz bin Səud bin Naif builki Həcc mövsümünün baş planının icrasında iştirak edən təhlükəsizlik qüvvələrinin və Həcc işləri ilə bağlı qurumların illik hərbi paradında iştirak edib.

Hafta.az-ın yazdığına görə, nazir Həcc təhlükəsizlik qüvvələrinin zəvvarların təhlükəsizliyinin qorunmasında üzərinə düşən vəzifələri yerinə yetirməyə hazır olduğunu bir daha təsdiqləyib.

Bazar ertəsi Məkkədə keçirilən mərasimdə Mədinə əmiri şahzadə Salman bin Sultan, Məkkə bölgəsi əmirinin müavini Şahzadə Sultan bin Mişal başda olmaqla bir sıra yüksək səviyyəli hökumət rəsmiləri və təhlükəsizlik qüvvələrinin komandirləri iştirak ediblər.

Parad builki Həcc təhlükəsizlik missiyasında iştirak edən təhlükəsizlik sektorlarının Allahın qonaqlarının Həcc ayinlərini rahat şəkildə yerinə yetirmələri üçün ən yüksək səviyyədə təhlükəsizliyi təmin etməyə hazır olduqlarını nümayiş etdirib.

Həmçinin, bu il Həcc missiyalarında istifadə olunan ən görkəmli müasir mexanizmlərin nəzərdən keçirilməsini özündə əks etdirən bir sıra hərbi nümayişlər və təlimlər təqdim olunub. Parad zamanı bir sıra aviasiya vasitələri də nümayiş etdirilib, daha sonra müqəddəs məkanlarda insan sıxlığının və avadanlıqların monitorinqi üçün builki Həcc ziyarətində istifadə olunacaq mexanizmlər, təhlükəsizlik aviasiyası və təyyarələrin növləri nümayiş olunub.

Daxili işlər naziri və tədbir iştirakçıları xüsusi təyinatlı Fövqəladə Hallar Qüvvələrinin terrorizmə və silahlı zorakılığa qarşı mübarizəyə həsr olunmuş təhlükəsizlik təlimlərini izləyiblər, bu təlimlərdə mühafizəçilərin silahdan istifadə etmədən döyüş bacarıqları baxımından müasir texnologiyalardan istifadə olunub.

Bu münasibətlə çıxış edən İctimai Təhlükəsizlik Direktoru və Həcc Təhlükəsizlik Komitəsinin sədri general-leytenant Məhəmməd əl-Bəssami Həcc təhlükəsizlik qüvvələrinin tam hazır olduğunu, Həcc ziyarətini narahat edə biləcək hər şeyə qarşı maksimum qətiyyət və güclə mübarizə aparmağa hazır olduğunu vurğulayıb.

“Zəvvarların və Həcc ziyarətinin təhlükəsizliyi qırmızı xəttimizdir”, - general deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
hafta.az

1Mənbələr