AZ

MLS-də formaları ən çox satılan 10 futbolçu - Suares ikincidir

ABŞ-nin elit futbol çempionatında - MLS-də 2024-cü ildə formaları ən çox satılan futbolçuların adları açıqlanıb.

Fanat.Az sözügedən liqanın mətbuat xidmətinə istinadən xəbər verir ki, siyahıya "İnter Mayami"nin hücumçusu Lionel Messi başçılıq edir.

Argentina millisinin kapitanının komanda yoldaşı Luis Suares ikinci, “Sinsinnati”nin futbolçusu Lusiano Akosta isə üçüncüdür.

Formaları ən çox satılan 10 futbolçu:

1. Lionel Messi - “İnter Mayami”
2. Luis Suares - “İnter Mayami”
3. Lusiano Akosta - “Sinsinnati”
4. Kuço Ernandes - “Kolambus Kryu”
5. Riki Puç - “Los Anceles Qelaksi”
6. Pedro de la Veqa - “Sietl Saunders”
7. Cordan Morris - “Sietl Saunders”
8. Hani Muxtar - “Neşvill”
9. Georgios Yakumakis - “Atlanta Yunayted”
10. Emil Forsberq - “Nyu York Red Bulls”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
5
fanat.az

6Mənbələr