Hacıqabul şəhərinin ərazisində Hacıqabul Quşçuluq Şirkəti MMC-yə məxsus 2380 manat dəyərində dərman həbləri oğurlanıb.BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, hadisəni törətmiş şəxslərin oranın işçiləri olduğu müəyyənləşib. Şirvan şəhər sakinləri 1999-cu il təvəllüdlü Məhəmməd Abbasov və 2004-cü il təvəllüdlü Məhəmməd Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıblar. Faktla bağlı araşdırma aparılıb.