AZ

Ermənistan Azərbaycana qarşı həmlələrlə uğur əldə edə bilməz - Rəy

Yazını böyüt
Yazını kiçilt

“Bu gün ölkə başçısının beynəlxalq münasibətlər sistemində atdığı diplomatik addımlar nəticəsində regiona olan münasibət dəyişib. Bu, bizim diplomatik uğurumuzdur. Bunu bizə qazandıranlar yenidən regionda hansısa neqativ halların baş verməsinə imkan verməyəcəklər”.

Bunu hafta.az-a “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov Ermənistanda keçirilən etiraz aksiyaları, regionu hədəfə alan gərginliklə bağlı açıqlamasında bildirib.

R.Hüseynov qeyd edib ki, Ermənistanda keçmiş prezidentləri, terror və soyqırımlarda əli olan Sarksyan və Koçaryan da daxil olmaqla revanşist qüvvələr var. Onun sözlərinə görə, həmin qüvvələr niyyətlərini açıq bəyan edir, hakimiyyətə gələrək yenidən müharibəyə başlamaq planları qururlar.

R.Hüseynov bəyan edib ki, Azərbaycan dövləti, ölkə baçısının qətiyyətli iradəsi, apardığı düzgün siyasət nəticəsidə bölgədə separatçıların kökünü kəsib və bu cür qüvvələrin yenidən müharibə yaratmağa gücləri çatmaz. R.Hüseynov hesab edir ki, Ermənistan heç bir halda Azərbaycana qarşı həmlələrlə uğur əldə edə blməz.

“Ermənistanda etiraz aksiyalarını körükləyən separatçı və terrorçu qruplar, köçəryan və sarkisyanlar siyasi pərdə altında hakimiyyətə gəliblər. Bu cinayətkar ünsürlər Azərbaycan ərazsində doğulub, yaşayıb və dövlətimizə qarşı müxtəlif millətçi təşkilatlara üzv olublar. Bunların bütün çirkin niyyətləri Azərbaycanın hərbi siyasi uğurları ilə puç oldu. Bu gün yenə də müharibə ritorkasi ilə çıxış etmələri heç bir nəticə verməyəcək, öz başlarında çatlayacaq”.

R.Hüseynov bildirib ki, artıq Azərbaycan dövləti öz diplomatik, hərbi gücü ilə Ermənistanın terrorçu bir dövlət və revanşist siyasi mahiyyətini dünyaya göstərə bilib. Ermənistanın dövlət olaraq hansı torpaqlar üzərində qurulduğu, regiona daşıdığı prinsiplərin nədən ibarət olduğu bəllidir. Ona görə də Prezdient İlham Əliyev Qarabağda vandallara xitabən öz sözünü deyib.
Mərkəz rəhbəri Azərbaycanın istintaq təcridxanasında saxlanan küçüklərinin törtdiyi cinayətlərə görə mühakimə olunduğunu, sarkisyan və köçəryanların daha ağır formada mühakimə olunacağına inandığını deyib.

“Bunlar törətdikləri cinayətlərə görə Azərbaycan qanunları qarşısında cavab verəcəklər. Bu qruplar nə qədər öz havadarlarına güvənib səs-küy yaratmağa çalışsalar da region üçün hər hansı təsir göstərə bilməyəcəklər. Çünki ölkə başçəmız təhlükəsizliyin qorunması üçün çox ciddi hüquqi və siyasi addımlar atır”.

Mərkəz rəhbəri bölgəmizdə sabitliyin qorunmasının qarantı olan Şuşa Bəyannaməsini xatırladıb. O, bu tarixi hadisənin 15 iyunda növbəti ilinin tamam olduğunu qeyd edərək, tarixi hadisələrin xronologiyasına əsaslanaraq Bəyannamənin həmin gündə imzalanmasını təsadüfi saymayıb.

“Digər siyasi elementlərin regionda maraqları var. Bu Bəyannamə digər qüvvələrin regiona daxil olmasının qarşısını almaq üçün görülüb. O sənədlərdə tarixi müstəqilliyimizin müqəddəratı möhkəmləndirilmiş bir formada öz təzahürünü tapıb. Biz dövlətə, millətə sadiqliyimizi nümayiş etdirib bu yolda onların yanında olmalı, həmrəyliyimizi qorumalıyıq".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
hafta.az

1Mənbələr