AZ

"Yuventus" Duqlasa görə iki futbolçusunu və 20 milyon təklif etdi

"Yuventus" klubu "Aston Villa"nın yarımmüdafiəçisi Duqlas Luizi ciddi şəkildə hədəfləyib. 

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Canluka Di Marsio yayıb. 

Mənbənin məlumata görə, “qoca sinyora” braziliyalının transferi üçün İngiltərəyə iki futbolçu göndərməyə və əlavə olaraq 20 milyon avro ödəməyə hazırdır. Turinlilər yarımmüdafiəçi Veston Makkenni və cinah oyunçusu Samuel Ealinqlə yollarını ayırmağa hazırdır. Hər iki futbolçu iyulda işə başlayacaq yeni baş məşqçi Tyaqo Mottanın planlarına daxil deyil. 

Xatırladaq ki, Duqlas Luizlə “Arsenal” da maraqlanırdı. Lakin “topçular” artıq yarımmüdafiəçi uğrunda mübarizədən çəkilib.

Mirağa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
fanat.az

1Mənbələr