AZ

İki qurumun birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib - FOTO

23-24 yanvar 2023-cü il tarixində BMT-nin Uşaq Hüquqları Komitəsinin Cenevrə şəhərində keçirilmiş 92-ci sessiyasında Azərbaycan Respublikası Hökumətinin BMT-nin "Uşaq hüquqları haqqında Konvensiyası”na dair beşinci və altıncı birgə dövri məruzəsi təqdim edilmişdir. SİA xəbər verir ki, sessiyaya hazırlıq ərəfəsində Dövlət Komitəsinin təşəbbüsü ilə yaradılmış geniş tərkibli İşçi qrupunun səmərəli fəaliyyətinin nəticəsi olaraq hesabat yüksək səviyyədə təqdim edilmiş, CRC Komitəsinin ekspertlərinin sualları nümayəndə heyəti tərəfindən dolğun və ətraflı cavablandırılmışdır.

6 fevral 2023-cü il tarixində CRC Komitəsi tərəfindən sözügedən dövri məruzə üzrə Yekun Müşahidələr qəbul olunmuşdur. Yekun Müşahidələrdə Konvensiyanın ölkəmiz tərəfindən implementasiyası istiqamətində atılmalı olan növbəti addımlara dair tövsiyələr verilmişdir.

11 iyun 2024-cü il tarixində isə Yekun Müşahidələrin uşaq müdafiəsi, təhsil və sağlamlıq sahələrində təhlili, eləcə də müzakirəsi məqsədilə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNİCEF-in Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
sia.az

1Mənbələr