AZ

İzmirdə FETÖ əməliyyatı: 5 nəfər saxlanılıb

İzmirdə FETÖ-nün gizli strukturuna qarşı keçirilən əməliyyatda 5 şübhəli saxlanılıb.

Ednews “TRT Haber”ə istinadən xəbər verir ki, İzmir Respublika Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosunun FETÖ-yə qarşı apardığı araşdırmalar çərçivəsində 8 nəfər haqqında təşkilatın gizli strukturunda olduqları ittihamı ilə həbs qərarı çıxarılıb.

Polisin keçirdiyi əməliyyat zamanı şübhəlilərdən 5-i saxlanılıb, digərlərinin tutulması üçün işlərin davam etdiyi öyrənilib.

Şübhəlilərin terror təşkilatı daxilində “bölgə tələbəsi məsul”, “universitet məzunu məsul”, “ev qardaşı” və “hərbi personala cavabdeh” kimi qondarma başlıqlar altında fəaliyyət göstərdikləri və onlara kadr təmin etdikləri iddia edildi.

Nigar

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
ednews.net

1Mənbələr