AZ

Almaniya millisinin düşərgəsində insident: İkitərəfli oyun münaqişəyə çevrildi

Almaniya millisinin məşqi zamanı kiçik insident baş verib.

Publika.az xəbər verir ki, ikitərəfli oyunun qızğın vaxtında müdafiəçi Antonio Rüdiger və hücumçu Niklas Füllkruq arasında münaqişə baş verib. Rüdigerlə çətin dueldən sonra Füllkruq yerə yıxılb və məşqçi Mads Buttqereytə narazılıq etməyə başlayıb.

Bundan sonra futbolçular itələşməyə başlayıblar. Münaqişəni köməkçi məşqçi Sandro Vaqner həll edib. Eyni zamanda Rüdiger komanda yoldaşını istehza ilə alqışlayıb və fərdi qaçışa yollanıb.

Daha sonra Füllkrug məşqdən fotonu sosial şəbəkələrdə yerləşdirib. Rüdiger isə şərhlərə ürək smaylı qoyub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
publika.az

1Mənbələr