AZ

“Bir direktor, bir şagird” layihəsi uğurla icra olunur

Azərbaycan Ədəbiyyat Fondu və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə “Bir direktor, bir şagird” adlı layihəsi uğurla icra olunmaqdadır.

KONKRET.az xəbər verir ki, “Ədəbiyyat və incəsənət” portalının media dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.

Tədris ili müddətində bir neçə məktəb layihənin iştirakçısı olub və bir-birindən gözəl esselərlə şagirdlərimiz öz potensiallarını, yazma, düşünmə, analizetmə qabiliyyətlərini nümayiş etdiriblər.

Bununla bərabər, öz işinin peşəkarı olan təhsil müəssisələrinin rəhbərləri də bu layihənin iştirakçısı olublar. Layihənin əlaqələndiricisi fondun əməkdaşı Ülviyyə Əbülfəzqızıdır.

Natiq SƏLİM,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
konkret.az

1Mənbələr