AZ

İranda seçkiqabağı təbliğat kampaniyası başlayıb

 

Bu gündən İranda prezidentliyə namizədlərin televiziya vasitəsi ilə seçkiqabağı təbliğat kampaniyası başlayır. 

Missiya.Az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Bildirilib ki, namizədlər arasında bununla bağlı püşkatma keçirilib.

Nəticəyə əsasən ilk olaraq təbliğata üç namizəd - Səid Cəlili, Əmirhüseyn Qazizadə və Məhəmməd Baqer Qalibaf başlayacaq. 

Kampaniya iyunun 27-dək davam edəcək.

Xatırladaq ki, iyunun 28-də İranda seçkilər günüdür.

Leyla SƏMƏNDƏRMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
3
missiya.az

7Mənbələr