AZ

Avropa İttifaqının Türkiyəyə böyük ehtiyacı var

Avropa İttifaqının indiki vəziyyətdə Türkiyəyə böyük ehtiyacı var.

Bunu Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Peter Stano Türkiyə jurnalistlərinə verdiyi açıqlamasında deyib. Onun sözlərinə görə Türkiyənin bölgədə oynadığı xüsusi rolu unutmaq mümkün deyil.

Əyninə üzərində Türkiyə bayrağı olan köynək geyinən Peter Stano eyni zamanda Ankaranən Avropa İttifaqına üzvlük məsələsinə də toxunub Aİ rəsmisi Türkiyənin Rusiyaya qarşı sanksiyalara qoşulmasının siyasi aləmdəki vəziyyəti dəyişdirə biləcəyini də xüsusi bəyan edib

Stano eyni zamanda Türkiyənin Aİ-yə üzv olmasına Kipr məsələsinin də mane olduğunu vurğulayıb.

O, Türkiyənin Avropa ittifaqının, Avropa İttifaqının da Türkiyənin dəstəyinə ehtiyacı olduğunu söyləyib.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
oxumeni.az

1Mənbələr