AZ

Dünya şöhrətli dilçi artıq danışa bilmir

95 yaşlı tarixçi və yazıçı Noam Çomskinin baş verən bir hadisədən sonra səhhətinin pisləşdiyi və ünsiyyət qura bilmədiyi açıqlanıb. Məşhur dilçi alim ötən ilin iyunundan görünmür. Əslində, Çomskinin Qəzza müharibəsi ilə bağlı heç bir şərh verməməsi diqqət çəkirdi.

News24.az xəbər verir ki, Fələstini dəstəkləyən, tez-tez fikirlərini bildirən Çomski nümayişlərə və mövzu ilə bağlı müzakirələrə qatılmayıb.

Media Lens-in məlumatına görə, MİT professorunun səhhəti pisləşdikdən sonra, çətin ki, nə vaxtsa ictimaiyyətin gözünə qayıdacaq.

Professor Çomskinin keçmiş köməkçisi Bev Stohl akademikin "e-poçtlara cavab vermədiyini və müsahibə vermədiyini" söyləyib.

2017-ci ildə təqaüdə çıxana qədər 24 il MIT-də Çomskinin ofis meneceri vəzifəsində çalışan Stohl yazıb:

"Mən yaxın bir ailə üzvü ilə əlaqə saxlamışam və ümid edirik ki, yaxın gələcəkdə daha çox şey öyrənəcəyik. Noamın 95 yaşı var və iyun ayında səhhətində problem yaranıb. O, hələ də bizimlədir, hazırda xəbərləri izləyir."

Stohl dilçinin ünsiyyət qabiliyyəti ilə bağlı daha çox təfərrüat paylaşaraq, onun artıq hərəkət etmədiyini və yerimədiyini əlavə edib.

"Onun nitqi hələ izah edə bilmədiyim amillərlə mürəkkəbləşib. Bir ay əvvəl qohumu ona baş çəkəndə ünsiyyət qurmayıb. Bunun nə qədər davam edəcəyindən əmin deyiləm. Ağrıları yoxdur. Gözləri açıqdır və görünür ki, ətrafında baş verənləri izləyir" Stohl deyib.

Qeyd edək ki, Noam Çomski, "universal dil" ideyasını ehtiva edən mühüm dil nəzəriyyəsi ilə ağıl fəlsəfəsi və koqnitiv elm sahəsində yeni bir yanaşmaya səbəb olub. Çomski dil qabiliyyətini insanlara xas olan əqli nailiyyət kimi görür.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
news24.az

1Mənbələr