AZ

"Məktəblərdə sosial iş vakansiyası üzrə onlarla mütəxəssis işə cəlb edilir"

"Artıq orta məktəblərdə sosial iş vakansiyası üzrə onlarla mütəxəssis işə cəlb edilir".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov bu gün keçirilən BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) 92-ci sessiyasında Azərbaycan Hökumətinin dövri məruzəsinə əsasən CRC tərəfindən qəbul edilən yekun müşahidələrin müzakirəsində deyib.

Onun sözlərinə görə, bu, uşaqların müdafiəsinin orta məktəblərdə həyata keçirilməsinə xidmət edəcək bir addımdır:

"Elm və Təhsil Nazirliyinin strukturu yeniləndikdə, uşaqların müdafiəsi ilə bağlı bölmənin yaradılması orta məktəblərdə yeni ştatların açılmasına imkan verdi".

Mərcanə Əsədova

Seçilən
113
1
tehsil.biz

3Mənbələr