AZ

Qadınlar və kişilər namaz zamanı bunları səhv edirlər - ARAŞDIRMA

İslam şəriətinə görə namaz qılmağın məsuliyyəti baxımından kişi ilə qadının ibadət qaydalarında fərq yoxdur. Yəni yetkinlik yaşına çatmış şəxs cinsindən asılı olmayaraq vacib ibadətləri icra etməyə, o cümlədən, namaz qılmağa borcludur. Lakin bəzi məqamlara diqqət etmək mütləqdir. Mövcud olan əsas fərqlərdən biri geyim məsələsidir.

 

Qadın namaz zamanı üzünü, biləkdən aşağı əllərini və topuqdan aşağını çıxmaq şərtilə bütün bədənini örtməlidir. Kişi isə namaz zamanı bədənini görünəcək səviyyədə örtməlidir.

 

Qadınlar və kişilər arasında paklığın qorunması məsələsi də fərqlidir.

 

Belə ki, hər ay qadınların paklığı pozulduğu üçün onların paklıq barədə gördüyü tədbirləri fərqli olur. Bunları öyrənmək üçün şəriət kitablarına müraciət etmək məsləhət görülür. Qadınlar namaz qılan zaman, ayaqüstə durarkən ayaqlarını bir-birinə birləşdirməlidir. Kişilər isə pəncələri arasına bir az məsafə qoymalıdır. Qadınlar rükuda ovuclarını dizlərindən bir qədər yuxarıya qoymalıdır. Amma bu zaman dizlər ovuca çatana qədər əyilmək lazımdır. Çünki rüku bu halda qəbul edilir.

 

Qadınlar kişilər qədər əyilməli, amma ovuclarını dizləri üstə yox, bir az yuxarı qoymalıdır.

 

Səcdə zamanı qadının riayət etməsi vacib olan bir sıra məqamlar var. Bunlardan biri odur ki, ayaqüstə durduğu vəziyyətdən səcdəyə gedən zaman kişilərin əvvəlcə ovuclarını, daha sonra isə ayaqlarını yerə qoymaları müstəhəbdir. Qadınlar isə əvvəlcə dizlərini sonra isə ovuclarını yerə qoysalar daha yaxşıdır.

 

Həmçinin, səcdə halında kişinin dirsəyini və qarnını yerdən yuxarı tutması əsas şərtdir. Qadın isə əskinə, dirsəyini yerə yapışdırması, qarnını isə aşağı sıxması müstəhəb sayılır. Qadının səcdə halında bədən üzvlərini bir-birinə sıxması müstəhəbdir.

 

Ülkər Abdurahmanlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
1
sfera.az

2Mənbələr