AZ

Keçmiş tələbəsi tərəfindən təhdid edilən akademik: "7 aydır evimdən çıxa bilmirəm"

Keçmiş tələbəsi tərəfindən təhdid edilən akademik: "7 aydır evimdən çıxa bilmirəm"

Türkiyədə akademik keçmiş tələbəsi tərəfindən təhdid və təzyiqlərə məruz qaldığı bildirib.

Sonxeber.az xarici media istinadən xəbər verir ki, akademik Aldeniz Tuğçe Ezme Gürlek 7 aydır evində məhbus olduğunu bildirib.

İddiaya görə, universitetdə çalışan akademik Aldeniz Tuğçe Ezme Gürlek keçmiş tələbəsindən davamlı olaraq təqib və təhdid mesajları aldığını iddia edərək polisə müraciət edib.

2,5 ildir ki, sosial şəbəkələrdə təhdid mesajları aldığını bildirən qadın bunları deyib: "Təhdid mesajları göndərən şəxs 1 il cəza alıb. Amma mən yenə məhkəməyə müraciət edəcəyəm. Keçmiş tələbəm dəfələrlə evimə gəlib, telefon nömrəmi tapıb, mənə zəng edib və mesajlar yazıb".

Polis hadisə ilə bağlı araşdırma başladıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
sonxeber.az

1Mənbələr