AZ

AMB-nin direktoru: "ABB səhmi sahibi olmaq istəyən şəxslər investisiya hesabı açarkən heç bir rüsum tələb olunmayacaq"

 ABB səhmlərinin kütləvi satışı həyata keçiriləcək.

FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın baş direktoru Əli Əhmədov deyib.

O bildirib ki, AMB-nin 2024-2026-cı illərin maliyyə strategiyasında kapital bazarının inkişaf etdirilməsi əsas prioritet məsələdir. Investisiya prosesi tam avtomatlaşdırılmışdır. Qiymətli kağızları mobil tətbiq vasitəsilə əldə etmək olur. Səhmlərin kütləvi satışının fərdi investorlar üçün əlçatanlığının artırılması üçün Milli Depozit Mərkəzi tərəfindən investisiya hesabı açan zaman rüsumlar ləğv edilib.

"ABB səhmi sahibi olmaq istəyən şəxslər investisiya hesabı açan zaman heç bir rüsum tələb olunmayacaq. Eləcə də banklar və investisiya şirkətləri bu prosesi heç bir rüsum almadan həyata keçirəcəklər" - deyə Əli Əhmədov vurğulayıb. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
fed.az

1Mənbələr