AZ

Bakıda XI Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu işə başlayıb

Bakı, 11 iyun, AZƏRTAC

İyunun 11-də Bakı Avrasiya Universitetinin ev sahibliyi ilə XI Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu işə başlayıb

AZƏRTAC xəbər verir ki, simpozium “Türk dünyasının 2040-cı il üçün hədəfləri və Türk Dövlətləri Təşkilatı” mövzusuna həsr olunub.

Açılış mərasimində Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynli və universitetin prorektoru Gülzar İbrahimova çıxış ediblər.

Qeyd olunub ki, simpoziumun əsas məqsədi Türk dünyası ilə bağlı araşdırma aparan elm adamlarını bir yerə toplamaqla dil, ədəbiyyat, tarix, təhsil, mədəniyyət, beynəlxalq əlaqələr, idarəetmə, iqtisadiyyat, fəlsəfə, sosiologiya, turizm və s. sahələrdə aktual məsələlərin müzakirə edilməsi və ortaq layihələrin hazırlanmasıdır. Ənənəvi olaraq simpozium müddətində keçirilən “Kökümüz bir, türkük” festivalı bu coğrafiyada tarixi, dili, mədəniyyəti və kökü bir olan türk xalqlarının bir-biri ilə əlaqələrinin və əməkdaşlıqlarının gücləndirilməsinə xidmət edir.

Sonra Türkiyə Respublikasının Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzinin rəhbəri Bayram Əli Ərdoyun, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlunun və başqalarının mövzu ilə bağlı çıxışları dinlənilib.

Tədbir bədii hissə ilə davam edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
1
azertag.az

2Mənbələr